Argentinada “Azərbaycan: müstəqilliyin bərpasından keçən 20 il ərzində” adlı konfrans keçirilib
Latın Amerikasının xarici siyasət üzrə aparıcı beyin mərkəzlərindən biri olan Argentina Beynəlxalq Əlaqələr Şurasında (CARİ) "Azərbaycan: müstəqilliyin bərpasından keçən 20 il ərzində" adlı konfrans təşkil edilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2 paneldən ibarət konfransın birinci hissəsi "Azərbaycan Respublikasının xarici siyasəti: prioritetlər və çağırışlar", ikinci hissəsi isə "Azərbaycan və Argentina: potensial tərəfdaşlar" mövzularına həsr olunub.
Azərbaycan tərəfdən konfransda millət vəkilləri Asim Mollazadə və Ceyhun Osmanlı, səfir Məmməd Əhmədzadə, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev, Argentina tərəfdən isə CARİ-nin prezidenti Rodriguez Giavarini, CARİ-də MDB ölkələri üzrə işçi qrupun rəhbəri Qrasiella Zubelzu, qrupun üzvü Ricardo Torres, Argentina Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyinin Beynəlxalq kənd təsərrüfatı əlaqələri idarəsinin rəhbəri Roksana Blasetti, Argentina Milli Konqresinin Nümayəndələr Palatasında Azərbaycanla Dostluq Qrupun sədri Roberto Mouilleron və Argentina Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin ikitərəfli məsələlər üzrə koordinatoru Karina Pombo çıxış ediblər.
Konfransda Azərbaycanının inkişaf strategiyası, ölkənin müstəqillik dövründə qarşılaşdığı problemlər və əldə etdiyi uğurlar, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və münaqişənin nizamlanması prosesi, Azərbaycanın enerji strategiyası və Qərb-Şərq enerji-infrastruktur dəhlizinin inkişafındakı rolu, habelə son dövrdə inkişaf etməkdə olan Azərbaycan-Argentina münasibətləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB