Millət vəkili: “Partiyamız mütəşəkkildir, möhkəmdir, hakimiyyət uğrunda daim mübarizələrdə qalibdir”

Millət vəkili: “Partiyamız mütəşəkkildir, möhkəmdir, hakimiyyət uğrunda daim mübarizələrdə qalibdir”

\"Çoxpartiyalılıq demokratik cəmiyyətin ən vacib atributlarından biridir\". SİA-nın xəbərinə görə, millət vəkili Hadi Rəcəbli bildirib ki, tarixin tələbi ilə yaranan Yeni Azərbaycan Partiyası çoxpartiyalı Azərbaycanda ötən 19 il ərzində böyük nüfuz qazanıb və həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə öndə gedən partiyalardan birinə çevrilib: "Partiyamızın beynəlxalq əlaqələri də genişlənib, dünyanın ən böyük partiyası olan Çin Kommunist Partiyası ilə tərəfdaşlıq etmək iqtidarına malikdir. Partiyamız mütəşəkkildir, möhkəmdir, hakimiyyət uğrunda daim mübarizələrdə qalibdir. Partiyaların mübarizəsinin baş məqsədi hakimiyyətə gəlməkdir. YAP bu gün hakimiyyətdədir və düşünürəm ki, ölkə başçısı İlham Əliyevin Azərbaycanda apardığı həm daxili, həm də xarici siyasət bir daha partiya ətrafında insanların birləşməsinə şərait yaradır. Bu gün partiya üzvlərinin sayının 560 mindən artıq olması bunun bariz nümunəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə