Vitse-spiker Mərakeşin xarici işlər üzrə dövlət katibini qəbul edib

Vitse-spiker Mərakeşin xarici işlər üzrə dövlət katibini qəbul edib
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Mərakeşin xarici işlər üzrə dövlət katibi xanım Lətifə Axerbaşı qəbul edib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Mərakeşin dövlət katibi bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsinə ölkəsinin böyük önəm verdiyini vurğulayıb. Z. Əsgərov Mərakeşin də bu mötəbər quruma üzv seçilməsi münasibətilə təbrikini bildirib. O, hər iki ölkənin BMT Təhlükəsizlik Şurasında dost ölkə olaraq yaxşı fəaliyyət göstərəcəyinə inamını ifadə edib.


Görüşdə parlamentlərarası əlaqələr, digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com