Cəbhədə atəşkəs pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 11-də saat 13.45-dən 14.00-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə