Mərkəzi Seçki Komissiyası treynerlər üçün treyninqlərə başlayıb

Mərkəzi Seçki Komissiyası treynerlər üçün treyninqlərə başlayıb

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası noyabrın 11-də bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərə hazırlıqla bağlı treynerlər üçün treyninqlərə başlayıb.

SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov bildirib ki, MSK tərəfindən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi artıq bir ənənə halını alıb. Bu dəfəki treyninqlər də əvvəlki maarifləndirici tədbirlər kimi çox əhəmiyyətlidir və məntəqə seçki komissiyalarının üzvlərinə treyninq keçəcək treynerlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin qanunauyğun fəaliyyət göstərməsində, normal səsvermə mühitinin yaradılmasında, vətəndaşlarlın seçki hüquqlarının reallaşdırılmasında sizin keçirəcəyiniz treyninqlərdən çox böyük rolu var. Məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının səviyyəsi bu tədbirdə treyninq keçəcək treynerlərin peşəkarlığından asılı olacaq.

MSK Katibliyinin müdiri Rövzət Qasımov da çıxış edərək bildirib ki, treynerlər üçün treyninqlər Mərkəzi Seçki Komissiyasının həyata keçirdiyi genişmiqyaslı maarifləndirmə prqoramının tərkib hissəsidir. O, treyninqlərin əhəmiyyətindən danışaraq bildirib ki, komissiya üzvlərinin praktik hazırlığı onların nəzəri biliklərə malik olmaları qədər əhəmiyyətlidir.

Sonra MSK-nın treyninq qrupunun treynerləri seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı məşğələlər keçiblər.

Xatırladaq ki, treyninqlərdə seçkilər təyin olunmuş seçki dairələrinin dairə seçki komissiyalarında fəaliyyət göstərən treynerlər iştirak edir. Treyninqlər iki gün davam edəcəkdir.


Bütün xəbərlər Facebook səhifəmizdə