Bu günə olan hava proqnozu...

Bu gün Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, səhər tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə,güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək, günün ikinci yarısında cənub-qərb küləyinə keçəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.


Azərbaycanın rayonlarına gəlincə, noyabrın 8-də havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20 dərəcə şaxta təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə