Bu gün Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, səhər tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə,güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək, günün ikinci yarısında cənub-qərb küləyinə keçəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.