Gülər Əhmədova Şimali Kipr Doğu Akdeniz Universitetinin rektoru ilə görüşdü
Şimali Kiprdə işgüzar səfərdə olan Azərbaycanın millət vəkili Gülər Əhmədova və Musa Qasımlı Şimali Kipr Doğu Akdeniz universitetin rektoru, professor Abdullah Öztoprakla görüşüb. SİA-nın xəbərinə görə, Azərbaycanlı millət vəkillərinə salamlayan rektor Abdullah bəy millət vəkillərinə universitetin keçmişi və bu günü barəsində geniş məlumat verib. Bildirilib ki, Doğu Akdeniz Universitetində 16 mindən çox tələbə təhsil alır: "Hazırda rəhbərlik etdiyim universitetdə 480 nəfər azərbaycanlı tələbə təhsil alır, 14 nəfər müəllim çalışır. Universitetimizdə azərbaycanlılar 50 faiz endirimlə təhsil almaq şansı qazanıblar. 68 ölkədən gəlmiş tələbələrimiz var. Diplomlarımızı bütün dünya qəbul edir". Görüş ərəfəsində millət vəkilləri azərbaycanlı tələbələrin Kiprdəki durumu, onlar üçün universitetdə yaradılan şəraitlə ilə yaxından tanış olublar. Konfransdan öncə tələbələrlə görüşdüyünü rektorun nəzərinə çatdıran millət vəkili Gülər Əhmədova Şimali Kiprdə "Azərbaycan-Şimali Kipr Gənclər Cəmiyyəti"nin yaradılması fikrinin olduğunu professor Abdullah Öztoprakla müzakirə edib. Və bu təşəbbüs rektor tərəfindən çox müsbət qarşılanıb. Bundan başqa, Gülər Əhmədova bu məsələnin KKTC-nin prezidenti ilə görüşü zamanı gündəmə gətirəcəyini də vurğulayıb.
Həmçinin Gülər Əhmədova bir sıra azərbaycanlı tələbənin müxtəlif dil kurslarına yazılmasına yardım göstərəcəyini də söyləyib. Universitetin rektoru, professor Abdullah Öztoprak qonaqlara təkliflərini qəbul edib, konfransda iştiraklarına görə universitetin müəllim və tələbə heyəti adından təşəkkür edib. Rektor konfransın ərsəyə gəlməsinə yardımçı olduğu üçün millət vəkili Gülər Əhmədovaya xüsusi təşəkkürnamə təqdim edib.Sonda xatirə şəkli çəkilib. Qeyd edək ki, görüşdə Şimali Kiprin Azərbaycan üzrə səfiri, DAU Azərbaycan Cəmiyyətinin prezidenti, Cəmiyyətin Mədəniyyət şöbəsinin rəhbəri, universitetin Azərbaycan üzrə təmsilçisi də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB