ABŞ səfiri Bərdə kəndliləri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Bərdədə kəndlilərlə görüşüb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, amerikalı diplomat rayonun Mehdili kəndində heyvandarlıqla məşğul olan fermerlərin təsərrüfatı ilə yaxından tanış olub. Səfir kənd sakinlərinin həyətlərini bir-bir gəzərək ətlik və südlük istiqamətində heyvandarlıqla məşğul olan fermerlərin işi ilə maraqlanıb. Kənd sakinləri bildirib ki, müxtəlif banklardan əldə etdikləri kreditlər hesabına təsərrüfatlarını genişlədirirlər, aha çox gəlir etmək üçün xüsusilə kökəltmə heyvanları saxlayırlar.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə