Bu ayın 15-dən binalara istilik veriləcək

Bu ayın 15-dən binalara istilik veriləcək

Köhnə binaların mərkəzləşdirilmiş istilik sistemi yenidən qurulacaq. \"Azəristiliktəchizat\" SC-dən SİA-ya verilən məlumata görə, qarşıdakı 2 ildə paytaxt və rayon mərkəzlərindəki yaşayış və ictimai iaşə binalarına istilik veriləcək: "Artıq bu istiqamətdə işlər görülüb, yeni xətlər çəkilib, qazanxalar tikilib, nasoslar quraşdırılıb. İstilik enerjisinin istehsalı zamanı qaza qənaət etmək məqsədi ilə avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. Bu il 200-ə yaxın obyektdə istilik sistemi bərpa edilib. Ümumilikdə bu il 2550 yaşayış binası, 267 məktəb, 162 uşaq bağçası, 126 səhiyyə ocağı istiliklə təmin ediləcək. İstiliklə sözügedən obyektlər ayın 15-dən təchiz ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə