Daha bir əsgər xəstəlikdən öldü

Daha bir əsgər xəstəlikdən öldü

Azərbaycan Ordusu daha bir əsgərini itirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisə Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 18 yaşlı Röyal Rüstəm oğlu Ağayev xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, R. Ağayev 2010-cu ildə Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə