Cahangir Qulamov: “213 nəfərlik şəxsi heyətlə Tükriyənin Erciş şəhərində müxtəlif artarış-xilasetmə işləri davam etdiirlir”

Cahangir Qulamov: “213 nəfərlik şəxsi heyətlə Tükriyənin Erciş şəhərində müxtəlif artarış-xilasetmə işləri davam etdiirlir”

Türkiyənin van bölgəsində zəlzələdə ölənlərin sayı 576 nəfərə çatıb. Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Hallar üzrə İdarəsının rəsmi açıqlamasına görə yaralıların sayı 2608 nəfərdir. Dağıntılar altından isə 187 nəfər sağ çıxarılıb. Xilasetmə işləri isə hələ də davam etdirilir. Dağıntılar altında hələ də kiminsə qalma ehtimalı var. Vanda isə havalar kəskin soyuyub və bu da xilasetmə işlərini çətinləşdirir.

Azərbaycanın xilasediciləri də hələ Vandadır və onlar qardaş ölkəyə yardımlarını davam etdirirlər. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə dəstələri Erciş rayonunda dağıntılar altından 17 yaşlı gənci sağ çıxardıblar. Bu gün Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha 6 cəsəd çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Bununla da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 12 nəfər xilas edilib və 60 cəsəd dağıntılar altından tapılaraq çıxarılıb.

FHN-nin xüsusi riskli xilasetmə xidmətinin rəisi Cahangir Qulamov dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, bu vaxta kimi 213 nəfərlik şəxsi heyətlə Tükriyənin Erciş şəhərində müxtəlif artarış-xilasetmə işləri həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən 40 avtomobildən ibarət maşın karvanı artıq zəlzələdən zərər çəkən Van vilayətinə çatıb. Bununla da Fövqəladə Hallar Nazirliyi tərəfindən 1250 ədəd çadır, 700 səhra yataq dəsti, 5000-dən artıq ədyal, 2000 yataq dəsti, 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2 səhra mətbəxi təbii fəlakətdən zərərçəkmiş bölgəyə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə