Türkiyədə zəlzələnin baş verdiyi Van bölgəsində axtarış-xilasetmə işlərində Azərbaycanın xilasediciləri də yaxından iştirak edirlər. Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakətlər və Fövqəladə Hallar üzrə İdarə ölənlərin sayının 576 nəfər olduğunu bildirib. Yaralıların sayı 2608 nəfərdir. Dağıntılar altından 187 nəfər sağ çıxarılıb.Son günlər ölkədə havaların soyumasına baxmayaraq, xilasedicilər insanları dağıntılar altından çıxarmağa davam etdirirlər.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə dəstələri axtarış-xilasetmə əməliyyatlarında böyük canfəşanlıq göstərirlər.Onlar ötən gün uçqun altından daha 2 nəfəri xilas ediblər. Təbii fəlakətdən 102 saat sonra xilasedicilər Erciş rayonunda dağıntılar altından 17 yaşlı gənci sağ çıxardıblar. Zəlzələdən 108 saat sonra isə dağıntılar altından 13 yaşlı gənc Azərbaycanlı xilasedicilər tərəfindən dağıntılar arasından sağ çıxardıblar.
Bu gün Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha 6 cəsəd çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Bununla da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 12 nəfər xilas edilmiş və 60 cəsəd dağıntılar altından tapılaraq çıxarılıb.
FHN-nin xüsusi riskli xilasetmə xidmətinin rəisi Cahangiz Qulamov dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, bu vaxta kimi 213 nəfərlik şəxsi heyətlə Tükriyənin Erciş şəhərində müxtəlif artarış-xilasetmə işləri həyata keçirilir.
Onun sözləinə görə, əraziyə gətirilən 7 təlim görmüş it həm canlı insanları, həm cəsədlərin axtarılması üçün istifadə olunur: "Təyyarələr vasitəsilə yardım gətirilib, çadır şəhərciyi artıq quraşdırılıb. 250 çadırdan ibarət şəhərcik ədyallar, mətbəx ləvazimatı, yatmaq üçün xüsusi kisələrlə təmin olunub".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən 40 avtomobildən ibarət maşın karvanı artıq zəlzələdən zərər çəkən Van vilayətinə çatıb. Avtomobil karvanı ilə 1000 ədəd çadır (hər biri 24 kv.m) 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq ədyal təbii fəlakət bölgəsinə gətirilib. Ümumilikdə, oktyabrın 23 də baş verəın zəlzələ bölgəsinə bugünə kimi 1 milyon 700 min dollar məbləğində yardım göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB