Qənirə Paşayeva İsveçə gedir

Millət vəkili Qənirə Paşayeva bugün rəsmi səfərlə İsveçin paytaxtı Stokholmda olacaq. SİA-nın xəbərinə görə, o oktyabrın 28-29 -da Azərbaycan Qadın Qurultayında iştirak edəcək və bu ölkədə yaşayan azərbaycanlılar, Türk diaspor təşkilatları ilə görüşlər keçirərək fikir mübadiləsi aparacaq. Millət vəkilinin İsveçdə bir sıra rəsmi görüşlər keçirəcəyi də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə