Ermənistan Azərbaycanın BMT TŞ-yə üzv seçilməsindən narahatdır
Ölkəmizin BMT Təhlükəsizlik Şurasına (TŞ) müvəqqəti üzv seçilməsi Ermənistanda böyük narahatlığa səbəb olub. "Armenia Today" saytına istinadən verilən məlumata görə, Ermənistan mətbuatında Azərbaycanın BMT TŞ-yə üzvlüyünün Dağlıq Qaradağ münaqişəsinin həllinə necə təsir göstərəcəyi müzakirə edilməkdədir. Ermənistanın parlamentinin müstəqil deputatlarından olan Vardan Xaçatıryan ölkəmizin BMT TŞ-yə üzv olduqdan sonra Ermənistanın təcavüzlar işğalçı bir dövlət olmasını BMT-də müzakirəyə çıxaracağından ehtiyat edir.
"Azərbaycan BMT TŞ-də Ermənistanın təcavüzkar bir dövlət olduğunu müzakirəyə çıxara bilər. Bu amil bizim üçün ağrıdıcı fakt olacaq", - deyə Vardan Xaçatıryan bildirib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası ümumilikdə 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ qurumun daimi üzvləridirlər. Qalan 10 qeyri-daimi üzv isə Baş Assambleya tərəfindən iki illiyə seçilir. Hər il beş ölkə növbəli şəkildə əvəzlənir. Azərbaycan tarixində ilk dəfə quruma üzv seçilib. Səsvermədə ölkəmizin lehinə 155 ölkə səs verib, 24 ölkə isə bitərəf qalıb, 13 ölkə isə namizədliyini geri götürən Sloveniyaya səs verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB