Prezident İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamda bildirilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və forum iştirakçılarının Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi təşkili ilə bağlı təkliflərini dəstəkləyərək qərara alıram:
1. Bakı Beynəlxalq Humanitar Forumunun müvəffəqiyyətlə keçirilməsini və beynəlxalq miqyasda qaldırdığı problemlərin aktuallığını nəzərə alaraq onun ənənəvi olaraq təşkil edilməsi zəruri sayılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq qurumlarla, o cümlədən beynəlxalq təşkilatlarla birlikdə Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsində əksini tapmış müddəaların gerçəkləşdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirsin.
3. Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılsın.
4. Sərəncamın 3-cü hissəsində nəzərdə tutulmuş Təşkilat Komitəsinin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dörd ştat vahidi hesabına Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsinin İşçi Qrupu yaradılsın".
Sərəncama əsasən, "Azərbaycan Respublikası Prezidenti Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli sərəncamına da dəyişiklik edilib.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB