Əflatun Amaşov: “Jurnalistlərin ilk mənbədən informasiya alması vacib məsələdir və bu istiqamətdə işlər aparılır” - MÜNASİBƏT

Əflatun Amaşov: “Jurnalistlərin ilk mənbədən informasiya alması vacib məsələdir və bu istiqamətdə işlər aparılır” - MÜNASİBƏT

"Jurnalistlərin ilk mənbədən informasiya alması vacib məsələdir və bu istiqamətdə işlər aparılır". SİA-nın bölgə müxbiri xəbər verir ki, bu fikiriləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Gəncəyə səfəri zamanı bildirib.

Onun sözlərinə görə, son dövrlər KİV nümayəndələrinin ilk mənbdən informasiya almasında problemlər yaranır. Vəziyyəti dəyişmək üçün qurum bir sıra addımlar atmağı düşünür. "Azərbaycan Mətbuat Şurası bu problemləri nəzərə alıb və özünün köhnə layihəsini yenidən həyata keçirir. Biz məmur-jurnalist və məmur-redaktor dilaoqlarını təşkil edəcəyik. KİV nümayəndələri ilə nazir və ya komitə sədrlərinin Mətbuat Şurasında görüşlərini təşkil etməyi düşünürük. Bu jurnalistlərə ilk mənbədən informasiya almağa kömək edəcək, digər tərəfindən məmurlar gördüyü işlər barədə məlumat verəcəklər və ən əsası bütün bunlar cəmiyyətin inkişafına öz tövhələrini verəcək", - deyə Ə.Amaşov əlavə edib.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə