Sinan Oğan Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyini təbrik edib
Türkiyə-Azərbaycan Dərnəyinin fəxri sədri Milliyətçi Hərəkat Partiyasının (MHP) İğdırdan olan millət vəkili Sinan Oğan Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi ilə bağlı mətbuata açıqlama yayıb. O açıqlamasında Sovet İttifaqının dağılmasından sonra 18 oktyabr 1991-i il tarixində Azərbaycan Parlamenti tərəfindən qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" qanunun qəbul edilməsini təbrik edir və Azərbaycanın müstəqilliyinin daimi olmasını diləyir. Onun sözlərinə görə, müstəqilliyin 20 illiyi Türkiyə Böyük Millət Məclisində də geniş şəkildə qeyd ediləcək və bu istiqamətdə hazırlıq işləri aparılır: "1991-ci il bölgədə böyük bir Türk varlığının yenidən ortaya çıxdığı bir tarixdir. Azərbaycanın müstəqilliyini 70 illik fasilədən sonra yenidən qazanması ilə bölgədə böyük və güclü bir ölkə yenidən tarix səhnəsinə çıxıb. Ulu öndər Mustafa Kamal Atatükün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" ifadəsində də açıq şəkildə göstərilən dostluq əlaqələri iki ölkənin qurulduğu vaxtdan bu günə kimi davam etməkdədir. Azərbaycanın ümummili lideri Heydər Əliyev də "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" deyərək iki ölkə arasında pozulması mümkün olmayan mədəni, sosial, və siyasi əlaqələrə işarə edib".
O sonda bir daha Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinin təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB