Medianın özünütənzimləməsi ilə bağlı yeni şəbəkə yaradılıb

Medianın özünütənzimləməsi ilə bağlı yeni şəbəkə yaradılıb

Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada Avropa Şurasının Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələrin medianın özünütənzimləmə ilə məşğul olan qurumlarının vahid informasiya şəbəkəsinin yaradılmasına yönələn diskussiyalara da qatılıb. SİA-ya verilən məlumata görə, müzakirələrin yekunu olaraq bu məkana daxil olan ölkələrdə özünütənzimləmə ilə əlaqədar şəbəkənin yaradılmasına dair anlaşma memorandumu imzalanıb, qurumun ali orqanı olan Baş Assambleyanın tərkibi, eləcə də onun icra aparatı formalaşdırılıb.


Şəbəkənin məqsədləri içərisində bura daxil olan ölkələrdə etik jurnalistikanın, keyfiyyətli və peşəkar kütləvi informasiya vasitələrinin dəstəklənməsi və mövcud istiqamətdə təcrübə mübadiləsinin aparılması başlıca yer tutur.


Qeyd edək ki, şəbəkədə ölkəmizlə yanaşı Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Tacikistanın özünütənzimləmə ilə bağlı media qurumları daxildir. Onların rəhbərləri qurumun Baş Assambleyasının və Katibliyinin tərkibində təmsil olunurlar.


Bütün xəbərlər Facebook səhifəmizdə