Türkiyə-Azərbaycan münasibətlərini korlamaq və iki ölkə arasında soyuqluq yaratmaq cəhdləri bu gundə davam edir. Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisin sədr müavini Bahar Muradova bildirib. SİA-nın verdiyi xəbərə görə, Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq yaranması və bu səbəbdən də Sürix protokollarının yenidən gündəmə gətirilməsi barədə deyilənlərin heç bir əsası yoxdur: "Türkiyə Böyük Millət Məclisi Sürix protokollarını parlamentin gündəliyinə ona görə qaytarmayıb ki, Azərbaycanla münasibətlərdə soyuqluq yaranar. Bu, onlarda bir prosedura məsələsidir və buna başqa rəng vermək lazım deyil. Azərbaycanla Türkiyə arasında strateji dostluq və qardaşlıq münasibətləri var. Biz hər zaman bu münasibətlərə sadiqik. Türkiyə tərəfdən də bu sadiqliyi hər zaman görmüşük. Azərbaycan və Türkiyə munasibətlərini korlamaq istəyən quvvələrin qarşısını birgə almaq gücünə malikdir".
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB