Əli Əhmədov: “Bir daha məlum oldu ki, Ermənistanın ordusu da özününkü deyilmiş” - AÇIQLAMA

Əli Əhmədov: “Bir daha məlum oldu ki, Ermənistanın ordusu da özününkü deyilmiş” - AÇIQLAMA

Serj Sarkisyanın belə sərsəm bəyanatlar səsləndirməsi Ermənistanın Dağlıq Qarabağla əlaqədar danışıqlar prosesində mövqelərinin zəifləməsindən xəbər verir. Bunun digər səbəbi Sarkisyanın öz ölkəsində mövqelərinin və rıçaklarının kifayət qədər itirilməsi ilə əlaqədardır. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov Sarkisyanın BMT-dəki çıxışı zamanı Dağlıq Qarbağın heç bir zaman Azərbaycana qayıtmayacağına dair səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

İcra katibi bildirib ki, dünya dəyişir və bu proses hamının gözü qarşısında baş verir. Dəyişən dünyanın parametrlərindən biri də təcavüzə, işğalçılığa, başqasının torpaqlarını tutub işğal altında saxlamaq siyasətinə bütün dünyanın \"yox\" deməsindən ibarətdir.

"Digər bir tərəfdən Azərbaycanın mövqeləri, dünyadakı əhəmiyyəti gündən-günə artmaqdadır. Eynilə, Avropa məkanında Azərbaycanın nüfuzu artmaqdadır. Bunların hamısı Dağlıq Qarabağ münaqişəsinin həll ilə əlaqədar aparılan danışıqlar porsesində Azərbaycanın mövqeyini mövkəmləndirir. Təbii ki, Azərbaycanın mövqelərinin güclənməsi əks tərəfin, yəni Ermənistanın mövqelərinin zəifləməsi ilə müşahidə olunur. Serj Sarkisyan itirilən mövqeyini yalnız ucadan səsləndirilən bəyanatlar kimi görünən çıxışları ilə kompensasiya etmək fikrindədir. Ermənistanın iqtisadiyyatı çökməkdədir, əhali ölkəni tərk edir.

Bu yaxınlarda Ermənistan guya ki, hərbi parad keçirdi. Bir daha məlum oldu ki, Ermənistanın ordusu da özününkü deyilmiş. Bütün bunlardan sonra belə bir bəyanatın səsləndirilməsi Ermənistanın bir daha qatı təcavüzkar olmasından xəbər verir. Sarkisyanın bəyanatını təcavüzkarlığın ən qatı formada və yüksək tribunadan səsləndirilməsi kimi qiymətləndirmək olar".

Ə.Əhmədov İran prezidenti Mahmud Əhmədinejadın bütün məsələlərdə Ermənistanın yanında olması fikirlərinə də münasibət bildirib. O vurğulayıb ki, bu bəyanat həddən artıq xoşagəlməyən bir mövqenin ifadəsidir: "Bu yaxınlarda M.Əhmədinejad Azərbaycana da xoş münasibətini ifadə edən bəyanat da səsləndirib və indi bu bəyanatlardan hansına inanmalı olduğumuzu aydınlaşdırmalıyıq. Hesab edirəm ki, İran Azərbaycanla qonşu dövlət kimi və İranda çoxlu sayda etnik azərbaycanlıların yaşadığını nəzərə alsaq Azərbaycana qarşı təcavüz etmiş bir dövlətin yanında olmaqla bağlı bəyanatlar səsləndirməsi nə qonşuluq münasibətlərinə, nə də onların mahiyyəti və məntiinə uyğun gəlir. Belə bir bəyanatın səsləndirilməsi İranın əhalisinin yarısını təşkil edən azərbaycanlılara da hörmətsizlikdən başqa bir sey deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə