Mahmud Məmmədquliyev: \"ÜTT-yə üzv olma şərtləri Azərbaycanın maraqlarına uyğun olmalıdır\"

Mahmud Məmmədquliyev: \"ÜTT-yə üzv olma şərtləri Azərbaycanın maraqlarına uyğun olmalıdır\"

\"Noyabr-dekabr aylarında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üzrə işçi qrupun növbəti iclasının keçirilməsi gözlənilir\". SİA-nın xəbərinə görə, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. O bildirib ki, Azərbaycan öz tərəfindən müvafiq sənədləri katibliyə təqdim edib: "İndi isə hər şey katiblikdən və ÜTT üzvlərindən asılıdır. Danışıqların nə vaxt başa çatacağını söyləmək çətindir. Azərbaycan ÜTT-yə daxil olmaqda maraqlıdır, lakin üzv olma şərtləri Azərbaycanın da maraqlarına uyğun olmalıdır. Buna görə də danışıqları davam etdiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə