Prezident İlham Əliyev Varşavada keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə iştirak edəcək

Prezident İlham Əliyev Varşavada keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə iştirak edəcək

"Avropa İttifaqı öhdəlik olaraq öz şərq qonşuları ilə əlaqələri gücləndirməyi və daha da açıq şəkildə həyata keçirməyi nəzərdə tutur. Sentyabrın 29-30-da Varşavada keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq işləri gedir. Bu tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı və 27 Avropa İttifaqı ölkəsi ilə görüşü nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin direktoru Gunnar Viegand (Qunnar Viqand) məlumat verib. O bildirib ki, Avropa İttifaqı ölkələrinin dövlət başçıları, Avropa İttifaqının rəhbərliyi, "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin rəhbərləri ilə görüşəcək. Onun sözlərinə görə, "Şərq Tərəfdaşlığı" sammiti Avropa İttifaqının iştirakçı ölkələrlə münasibətlərini daha da möhkəmlənməsinə və gücləndirilməsinə səbəb olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə