Dağlıq Qarabağa erməni köçü

Ermənistanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar İrəvanda "Ermənistan -3500" adlı proqrama start verilib. SİA-nın "News.am" saytına istinadən verdiyi məlumata görə, proqramın əsas məqsədi xaricdə yaşayan 3500 ermənini köçərək Ermənistan və Dağlıq Qarabağda yaşamağa inandırmaqdır. Proqramın həyata keçirilməsinin Ermənistanın real inkişafına kömək edəcəyi qeyd edilir.

Əgər ölkəyə hər yeni gələn ev almaq üçün orta hesabla 50 min xərcləyəcəksə, həmçinin biznesə qoşulsa yaxud sadəcə vətəndə yaşasa Ermənistan büdcəsinə 175 milyon dollar daxil olacaq. Bundan başqa, ölkəyə qayıdanların bilik və təcrübələri Ermənistanda biznes-mühitin formalaşmasına da şərait yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə