Türkiyə və Azərbaycan arasında qaz sazişinin imzalanacağı tarix açıqlanıb
Türkiyə və Azərbaycan arasında qaz üzrə danışıqların sentyabrın 26-dək başa çatdırılması nəzərdə tutulur. SİA-nın 1news.az-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Xarici investisiyalar idarəsinin rəisi Vaqif Əliyev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya nəqli üzrə sazişi oktyabrda imzalamaq planlaşdırılır.
Bununla yanaşı, Türkiyənin "Gazete5" qəzeti SOCAR prezidenti Rövnəq Abdullayevə istinadən xəbər verir ki, Azərbaycan-Türkiyə qaz sazişləri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı imzalana bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB