Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermiş namizədlərlə bağlı elan yayıb.
SİA-nın xəbərinə görə, elanda bildirilir ki, rezidenturaya sentyabrın 24-də və 25-də keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün namizədlər bu gündən etibarən öz elektron ərizələrinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.
Qeyd edək ki, rezidenturaya sənəd qəbulu dünən başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB