\"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin Nyu-Yorkda baş tutacaq növbəti görüşü mövcud vəziyyəti dəyişməyəcək\". Bu sözləri SİA-ya açıqlamasında parlamentin üzvü, politoloq Rasim Musabəyov deyib. O həmçinin bildirib ki, Azərbaycan üçün çox vacibdir ki, BMT-yə çıxardığı qətnaməyə ATƏT-in həmsədr dövlətləri əleyhinə yox, ən azı bitərəf qalaraq sənədin qəbul olunmasına dəstək olsunlar.
Politoloq hesab edir ki, trionun atacağı bu addımı Ermənistana ciddi siyasi mesaj kimi qəbul etmək olacaq.
R. Musabyev danışıqların gələcək mərhələsinə də bədbin baxır: "Nəzərə alsaq ki, gələn il ATƏT-in Minsk qrupu ölkələri olan ABŞ, Fransa və Rusiyanın prezidentləri seçki kompaniyasına qoşulmağa başlayacaqlar, Ermənistanda da parlament seçkiləri keçiriləcək. Hesab edirəm ki, bu dövr ərzində yüksək kompromisin əldə olunması üçün münbit şərait mövcud olmayacaq. Ancaq indi Fransanın meyli var ki, önə çıxsın. Vacibdir ki, birgə səylər ilə cılız Ermənistanı ağıla gətirsinlər. Əsas buna ehtiyac duyulsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB