Nefçilər peşə bayramını milli parkda qeyd etdi

Nefçilər peşə bayramını milli parkda qeyd etdi

Nefçilərin peşə bayramı münasibətilə \"Dənizkənarı Milli Park\"da ARDNŞ-nin neft sahəsindəki uğurlarını əks etdirən sərgi nümayiş olunub. SİA-nın xəbərinə görə, ARDNŞ-nın prezienti Rövnəq Abdullayev, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və digər rəsmi şəxslər sərgi ilə yaxından tanış olaraq incəsənət xadimlərin ifasını dinləyiblər.

Daha sonra tədbir Dənizkənarı Milli Parkın "Şam Bulvar" restoranında davam etdirildi.Tədbiri giriş sözü ilə açan R.Abdullayev Azərbaycan iqtisadiyyatında neft potensialının sürətli inkişafındanvə gələcəkdə görülməsi planlaşdırılan iri layihələrdən söhbət açıb.Mədəniyyət və Turrizm naziri Əbülfəz Qarayev və digər qonaqlarda bu sahənin uğurlu strategiyasından danışıblar. Sonda tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirildi.


Bütün xəbərlər Facebook səhifəmizdə