Yaxın günlərdə “Hilton” oteli istifadəyə veriləcək

Yaxın günlərdə “Hilton” oteli istifadəyə veriləcək

Yaxın günlərdə dünyaca məşhur brend olan "Hilton" oteli istifadəyə veriləcək. SİA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firudun Qurbanov bildirib.

Onun sözlərinə görə, dekabrın sonlarında isə Four Seasons oteli istismara veriləcək ki, bu da MDB ölkələrində ən tanınmış brendlərindən biri olacaq: "Bununla yanaşı, ilin sonuna kimi bir 5 ulduzlu otel olan "Flame tower"un tikintisi başa çatacaq. Bu otel də Azərbaycan paytaxtının simvolu olacaq".

F. Qurbanov onu da vurğulayıb ki, bu il həmçinin 6- 5 ulduzlu otelin istifadəyə verilməsi də nəzərdə tutulur: "Ümumilikdə isə bu il üçün Azərbaycanda 40 mehmanxana inşa edilir. Azərbaycan bu gün üçün 477 otelə sahibdir ki, onun 79 %-i reginların, 21 %-i isə bakının payına düşür".

Bütün xəbərlər Facebook səhifəmizdə