Lənkəran-Lerik yolu bağlanıb

Lənkaran və Lerika yagan leysan yagışları Lənkəran-Lerik şose yolunu tammaiilə dagıdıb.Davam edən leysan yolun bərpasına ciddi maneələr yaradır. Hadisə yerinə agir texnikalar cəlb olunsa da hələ ki yolun bərpası mümkün olmur. Qeyd edək ki dünəndən başlayan leysan Lənkəran rayonunun dağətəyi yaşayış məntəqələrinə yağan leysan həyatı iflic edib. SİA-nın cənub bürosunun məlumatına görə, dağ çaylarından axan sel suları Lerik rayonu ilə həmsərhəd olan Yuxarı və Aşağı Təngivan, Osaküçə həmçinin Şovu kəndlərində 25 fərdi yaşayış evi üçün real təhlükə yaradıb. Xüsusi ilə Osaküçə kəndində vəziyyət gərgindir. 5 min əhalisi olan kəndin ortasından axan Veravul çayının üzərindəki 4 körpü sıradan cıxıb. Demək olar ki kənd iki yerə ayrılıb. Əhalinin bir biri ilə əlaqəsi tatmamilə kəsilib.

Bütün xəbərlər Facebook səhifəmizdə