“The Guardian”: İsrail ya üzr istəməli, ya da müharibəyə hazırlaşmalıdır”
"Mavi Mərmərə"də baş verən hadisəyə görə İsrail Türkiyədən dərhal üzr istəməlidir\". SİA-nın xəbərinə görə, bu sözlər İngiltərənin "The Guardian" qəzetinin ilk səhifəsində yer alıb.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın Misirə ziyarətini yüksək qiymətləndirən qəzet baş verən son hadisələr fonunda İsrailin bölgədə tək qalacağını yazıb: "Misirdə baş verən inqilabdan sonra Türkiyə baş nazirinin bölgəyə səfər etməsi gözlənilən idi. Belə ki, rəsmi Ankaranın köhnə müttəfiqləri ilə yeni əlaqələri İsraili çox çətin vəziyyətə qoyacaq".
"The Guardian" İsrailin qarşısında çıxış yolunun az olduğunu bildirib: "Netanyahu rəhbərliyi ya yeni bir müharibəyə hazırlaşmalı, ya da qonşularla razılaşmaq məcburiyyətində qalmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB