«İstiqlal»-«Traktorsazi» oyunundan sonra İranda iğtişaşlar başlayıb
Tehranda yerli "İstiqlal" klubu ilə Təbrizin "Traktorsazi" komandası arasında keçirilmiş oyunun təbrizlilərin qələbəsi ilə nəticələnməsi qarşıdurma yaradıb. SİA bu barədə "Azadlıq padiosu"na istinadən məlumat verir. Xəbərdə bildirilir ki, oyundan əvvəl stadionun qarşısında toplaşan minlərlə "Traktorsazi" azarkeşi "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!", "Azərbaycan var olsun, istəməyən kor olsun!" şüarlarını səsləndiriblər. Polislə qarşıdurma yaranıb, xəsarət alanlar və həbs olunanlar var.
Təhlükəsizlik qüvvələri ilə daha bir toqquşma Səttarxanın məzarı yaxınlığında baş verib. Burada da xəsarət alanlar və həbs edilənlər olub.
Təbrizdə də təhlükəsizlik qüvvələri ilə "Traktorsazi"nin qələbəsini bayram etmək istəyən əhali arasında münaqişə baş verib. Xeyli müddət yollar bağlanıb, maşınların hərəkəti dayanıb.
Saxlanılanların kimliyi və sayı barədə hələlik dəqiq məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB