İrəvanda mitinq keçirilib

Ermənistanın paytaxtı İrəvanda növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə mitinq olub. SİA-nın erməni mətbuatına istinadən verdiyiyi xəbərə görə, eks-prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin təşkilatçılığı ilə keçirilən aksiyada 6000-dən çox adam iştirak edib.


Mitinqdə həbsdə olan müxalifət fəallarının azadlığa buraxılması tələb edilib. Xatırladaq ki, 2008-ci ildə keçirilmiş seçkidən sonra məğlub elan edilmiş Levon Ter-Petrosyanın tərəfdarları seçkilərin saxtalaşdırılması əleyhinə etiraz aksiyası keçiriblər. Həmin vaxt polislə nümayişçilər arasında baş vermiş toqquşmada 10 nəfər ölüb, 250 adam isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə