Kamran Əliyev: ”Son 7 ay ərzində Respublikada 1783 yol-nəqliyyat hadisəsi baş verib” - AÇIQLAMA

Kamran Əliyev: ”Son 7 ay ərzində Respublikada 1783 yol-nəqliyyat hadisəsi baş verib” - AÇIQLAMA

Son 7 ay ərzində Respublikada 1783 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 535 nəfər ölüb, 1966 nəfər yaralanıb. Bunu SİA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, qəzaların əksəriyyəti piyadaların vurulması nəticəsində baş verib ki, bu da 689 piyadanın xəsarət almasına səbəb olub. Nəticədə həmin hadisələrdə 198 piyada ölüb, 532 nəfər isə yaralanıb.

Şöbə rəisi qəza hadisələrinin baş verməsinə əsas səbəb kimi nəqliyyat vasitələrinin yuksək surətlə idarə olunmasını göstərib. O, 1783 qəzadan 776-nın surət həddini aşma nəticəsində baş verdiyini bildirib. Bunların nəticəsində də 270 nəfər dünyasını dəyişib, 707 nəfər yaralanıb. Bu qəzalardan 417-si ötmə əmaliyyatı nəticəsində qeydə alınıb ki, burada da 133 nəfər ölüb, 605 nəfər yaralanıb.

Kamran Əliyev qəzaların təxminən 95 faizinin sürücülərin ucbatından törədildiyini deyib: "Əhali arasında maaarifləndirmə işləri aparılsa da, amma yol hərəkəti iştirakçıları buna az diqqət yetirir. Bugun əhalinin əksəriyyəti şou proqramlara baxır, şou xəbər oxuyur.Belə olan halda yol qəzaları qaçılmaz olur", - deyə şöbə rəisi sözlərinə əlavə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə