Abdullah Gül rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Abdullah Gül rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bu gün Türkiyə prezidenti Abdullah Gül Rusiyaya səfəri edəcək. SİA-nın Türkiyə kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Abdullah Gül səfər çərçivəsində sentyabrın 7-8-də Yaroslavlda keçiriləcək Qlobal Siyasi Forumda iştirak edəcək.

Forum çərçivəsində Türkiyə prezidenti Abdullah Gülün rusiyalı həmkarı Dmitri Medvedev və Almaniya kansleri Angela Merkellə görüşü gözlənilir.

Rusiya mətbuatını yaydığı xəbərə əsasən iki dövlət başçısının görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi, İranın nüvə problemi, eləcə də Əfqanıstan, İraq, Livan, Misir və Suriyadakı vəziyyət diqqət mərkəzində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə