Elman Nəsirli: “Yalnız rəsmi Vaşinqton və Moskvanın birgə razılaşması münaqişənin həllində real nəticəyə gətirib çıxaracaq” - MÜNASİBƏT

Elman Nəsirli: “Yalnız rəsmi Vaşinqton və Moskvanın birgə razılaşması münaqişənin həllində real nəticəyə gətirib çıxaracaq” - MÜNASİBƏT

Ermənistan mətbuatında həmsədrlərin BMT-nin 66-cı sessiyasının sentyabrın 13-də keçiriləcək açılışı çərçivəsində prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında görüş təşkil etməyə hazırlaşması barədə yayılan məlumat öz təsdiqini tapmayıb. Ən azında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov belə bir görüşün mütləq keçirilməsi ilə bağlı konkret bir fikir söyləmədi. Politoloq Elman Nəsirli SİA-ya açıqlamasında bildirib ki, konkret fikirlərin olmaması təqdirdə müxtəliv ehtimallar gündəmə gəlir. Ehtimallardan biridə belə bir görüşün keçirilməsinin gündəmə gəlməsidir: "Rusiya pezidenti Dmitri Medvedevin münaqişə tərəflərinin rəhbərlərinə son təklifləri, o cümlədən prezidentlərin üçtərəfli görüşünün ikili formata keçməsi uğurlu alınmadı və o qənaətə gəlməyə əsas verdi ki, faktiki olaraq Rusiyanın himayəsi altında keçirilən danışıqlar heç bir nəticə vermədi. Belə olan təqdirdə Azərbaycan münaqişənin nizamlanması məsələsini bu formatdan digər formata - Rusiyanın vasitəçiliyi ilə üçtərəfli formatdan BMT müstəvisinə keçirmək istiqamətində addımlar atmağa başalyıb. Hesab etmək olar ki, Rusiyanın münaqişənin həllidə fəaliyyətinin heç bir nəticəsi olmadı".

Eyni zamanda son aparılan danışıqlar, o cümlədən ən böyük ümid bəslənən Söçi görüşünün nətcəsiz qalması onu göstərir ki, Ermənistan öz mövqeyindən geri çəkilmək fikri yoxdur və status-kvo vəziyyətini qoruyub saxlamaqla məşğuldur. Politoloq hesab edir ki, belə olan təqdirdə rəsmi Bakı münaqişənin BMT müstəvisində baxılmasına xüsusi əhəmiyyət verir.

Rusiyanın zəifləməsi fonunda ABŞ-ın münaqişənin həllində aktivlik göstərməsi nəticə verə bilərmi? sualına cavabında politoloq: "Mənə elə gəlir ki, münaqişənin tək Rusiyanın və ya ABŞ-ın himayəsi ilə həll etmək mümkün deyil. Reallıq ondan ibarətdir ki, Rusiya bütövlükdə regionda çox şeyi həll etmir. Lakin bir həqiqət də var ki, Rusiyasız da regionda heç bir şey öz həllini tapa bilmir. Parodksal bir vəziyyətdir. Ona görə hesab edirəm ki, yalnız rəsmi Vaşinqton və Moskvanın birgə səyi və birgə razılaşması münaqişənin həllində real nəticəyə gətirib çıxaracaq. Amma Rusiya təkbaşına münaqişənin həllinə imza atsın və qələbə çələngini boynuna keçirməsinə inanmıram. Bunların ikisinin razılaşması və kompramisə gəlməsi nəticəsində münaqişə öz həllini tapa bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə