Səməd Seyidov: “Azərbaycan Ştrasserin təyinatı ilə razı deyil və bu cür yanaşmanı qərəzli hesab edir”

Səməd Seyidov: “Azərbaycan Ştrasserin təyinatı ilə razı deyil və bu cür yanaşmanı qərəzli hesab edir”

\"Azərbaycan Ştrasserin təyinatı ilə razı deyil və bu cür yanaşmanı qərəzli hesab edir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib. O bildirib ki, AŞPA-nın Azərbaycanın siyasi məhbuslarla bağlı məruzəçisi Kristofer Ştrasserin fəaliyyətinə dair mövqeyi dəyişməz qalır: "Məruzəçilərin təyin olunması, Azərbaycan üzrə hansısa səlahiyyətli şəxslərin göndərilməsi, fikrimcə, o qədər də düzgün deyil. Çünki Azərbaycan üzrə monitorinq komitəsinin iki məruzəçisi var. Həmin məruzəçilərin tənqidi yanaşmaları olduqca kəskindir, ancaq onlar AŞ-nın Monitorinq komitəsinin təyin etdiyi məruzəçidirlər və biz də bu komitənin üzvüyük. Biz bu məruzəçilərlə işləyirik. Əlavə hansısa, guya siyasi məhbus üzrə və ya digər məruzəçilərin təyin olunması obyektiv yanaşma deyil. Ona görə ki, insan haqqları, Qarabağ üzrə məsələlər, qanunun aliliyi, demokratiyanın inkişafı məsələləri monitorinq komitəsinin təyin etdiyi məruzəçilərin işi çərçivəsinə daxildir".

S.Seyidov vurğulayıb ki, eyni mövzunu əlavə olaraq müzakirə etmək həm konstruktivlikdən uzaq, həm də qeyri-obyektiv yanaşmadır. Millət vəkili qeyd edib ki, Azərbaycan AŞ ilə insan haqları sahəsində əməkdaşlıq edir və bu iş uğurla aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə