Səftər Rəhimli “İranın apardığı müsəlman siyasəti müsəlmançılığa aidiyyatı olmayan bir siyasətdir” -MÜSAHİBƏ

Səftər Rəhimli “İranın apardığı müsəlman siyasəti müsəlmançılığa aidiyyatı olmayan bir siyasətdir” -MÜSAHİBƏ

Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü və Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimlinin SəsTV-yə müsahibəsi:

- İran hərbi dairələrinin və təlimat alan bəzi \"elm adamları\"nın Azərbaycan dövlətinin daxili işlərinə qarışan bəyanatlar səsləndirmələrini Azərbaycanın dünyadakı rolunun möhkəmlənməsindən yaranan qısqanclıq kimi dəyərləndirmək olarmı?

- Azərbaycan müstəqil olduqdan sonra İranın daxilində davamlı olaraq qəzetləri, mətbuat orqanları müxtəlif cür yazılar və ifadələrlə çıxış etdilər. Mənim fikirimcə, bunu İran tərəfindən növbəti bir təxribat kimi qiymətləndirmək olar. Son zamanlar İran Silahlı Qüvvələr komandanı Həsən Firuzabadinin Azərbaycanla bağlı bu fikirləri də İran tərəfdən yenə müstəqil dövlətimizə qarşı bir təxribat kimi dəyərləndirirəm. Həsən Firuzabadi postardır və onlar 30 ildir ki, İranda bütün millətlərin qanını sormaqla məşğuldurlar, xüsusilə də Azərbaycan türklərinə qarşı ən böyük ədalətsiz möqedədirlər. Həsən Firuzabadinin başçılıq etdiyi bu silahlı qurum birbaşa dini lider Xomneyiyə bağlı bir qurumdir. Bu məsələyə bir pəncərədən baxsaq, bu ənənəvi səslənən fikirlər kimi olacaq. Mən bu məsələyə başqa aspektdən yanaşmaq istəyirəm. Bu gün İranın daxilində baş verən hadisələr digər millətləri düşünməyə vadar edir ki, "İran bir zindan ölkəsidir və bütün millətlərin haqq və hüquqlarını tapdalayır". Bildiyimiz kimi, İranda seçkidən sonra "Yaşlılar hərəkatı" adı altında bir oyanma başladı. Ölkədə baş verən tutulmalar, asılmalar, ölümlər və İran milli fəalların kənara çıxması ilə bağlı İranın mövcud siyasi rejimi bəzi çalışmalar apardı. Həsən Firuzabadi tərəfindən səslənən bu fikir məhz İranın içində narahatlığın ifadəsidir. Bildiyimiz kimi, İranda Cənubi Azərbaycan Milli Hərəkatı fəaliyyət göstərir. Bu hərəkata qarşı mövcud siyasi sistem -Tehran rejimi amansızcasına milli mübarizəni susdurmaq üçün əlindən gələni edir. Təbii ki, Firuzabadi bi fikri ilə İranın silahlı qüvvələrinin və siyasi rejiminin mahiyyətini ortaya qoyur. Azərbaycan dövlətində rəsmi orqanlar, ictimai siyasi qurumlar bununla bağlı kifayət qədər münasibət bildiriblər. Amma qarşı tərəfin bununla bağlı bir üzr borcu var. Əgər İran tərəfi üzr istəyərsə, Azərbaycan dövləti, ictimai siyasi qurumları, Dünya Azərbaycanlılar Konqresi də İranla bağlı səsləndirilən bu fikirləri dayandıra bilər.

- Fars rejimi nəyə görə müsəlman Azərbaycanı ilə deyil, terrorçu Ermənistanla isti münasibətlərə üstünlük verir?

- İran konstitusiyasının 15-19-cu maddəsində göstərilir ki, İran adlanan ölkədə yaşayan bütün millətlərə dil, mədəniyyət və digər hüquqları verilib. Bu günə qədər Azərbaycan türklərinə bu şamil edilməyib. İran konstitusiyasının 3-cü bəndinin 16-cı maddəsində ifadə olunur ki, İran İslam Respublikası ölkə ilə yanaşı dünyada yaşayan müsəlmanların haqq və hüququ il bağlı bəzi çalışmalar aparılacaq. Gördüyümüz kimi, Dağlıq Qarabağ məsələsində, Şərqi Türküstanda, Şimali Qafqazda baş verən hadisələrədə İranın mövqeyinin şahidi olduq. Qloballaşan dünyada İran partnyor olaraq Rusiya və Çinə arxalanır. İranın apardığı müsəlman siyasətinin özü müsəlmançılığa aidiyyətı olmayan bir siyasətdir. Nəyə görə? Harda türk, müsəlman anlayışı var, İran orda bir az tərəddüd edir. İran daha çox çalışır ki, regional münasibətlərdə, islam dini adı altında, xüsusilə də şiə təriqəti adı altında bu mövqeyini genişləndirsin. Ona görə də İran həm Azərbaycanın şimalında, Borçalıda, həm də Dərbənddə çox böyük çalışmalar aparır. O ki, qaldı İrana başqa dövlətlərin maraqları, başqa dövlətlərin təsirilə idarə olunaması və yaxud da onun beynəlxalq münasibətlərdəki duruşuna, əlbəttə ki, belə bir nəticəyə gəlmək olar ki, əgər doğrudan da İranla bağlı dünyanın konkret bir mövqeyi olacaqsa, onda Cənubi Azərbaycanda yaşayan 40 milyon Azərbaycan türkünün ortaq maraqları var deməkdir. Bu bölgədə tarixi ədalətsizlik baş verdiyindən millətimiz parçalandı. Parçalandığı gündən bu günə qədər millətimiz birləşmək üçün çalışır. İranda, xüsusilə də Pəhləvilər hakimiyyətə gəldikdən sonra İran fars şovinizim siyasəti millətimizin bütün dəyərlərini dağıtmaq, onun mədəniyyətini, dilini və bütün varlığını əlindən almaq üçün əlindən gələni etməkdədir. Əlbəttə, bu da İranla müttəfiq olan dövlətlərin marağına xidmət edir. İran əgər bu bölgədə 50-60 milyonluq Azərbaycan dövləti qurularsa, onun da arxasında 70-80 milyonluq bir Türk Cümhurriyyəti olarsa, bütövlükdə Yaxın və Orta Şərqin sahibi türk milləti olacaq qənaətinə gəlir. Ona görə də İran fars şovinizm siyasətinin davası əslində türklərlədir. Azərbaycan dövləti yarandığı bir gündən ölkədə, həm də dünyada sülh şüarı ilə çıxış edib. Tarixi ədalətsizliklərin ortadan qalxmasını istəyib. Təbii ki, Azərbaycan öz tarixi, coğrafi ərazisində öz azadlığını, müstəqilliyi və ərazi bütövlüyünü istəyir.

- İranda insan haqqlarının hər addımbaşı pozulması onun süqutunu tezləşdirə bilərmi?

SSRİ, Yuqaslaviya çökdüyü kimi İranda eyni siyasəti apardığı üçün çökəcək. Təhlükə bu gün ondadır ki, İran islam dini altında bu məsələləri aparır. İran məsələsi ilə bağlı təkliflər ortaya gəldikdə biz də öz təkliflərimizi irəli sürəcəyik. İslam dini mövcud siyasi İran rejimi tərəfindən necə ki, bu gün bütün azadlıqlarını itirib, biz isə təbii ki, öz dinimizə sahib çıxıb millətimizi qoruyacağıq. Biz beynəlxalq hüquq normalarına uyğun olaraq onların hüquqlarına hörmətlə yanaşacağıq, eyni zamanda da farslarla normal münasibətlərimiz olacaq. Bu gün islam adı altında İran bir sıra siyasət aparır. Bu gün İran bizim Cənubi Azərbaycanda "Milli Oyanış Hərəkatının " üzvləri, Cənubi Azərbaycan İstiqlal Partiyasının üzvləri, Cənubi Azərbaycan Qurtuluş Partiyasının üzvləri və digər təşkilatın üzvlərini tutur və tutmaqla bərabər işgəncələr verir. Bu gün İran konstitusiyasına zidd olan hər hansı bir hərəkat varsa, onu qanun çərçivəsində cəzalandırmaq ədalətli olardı. İran şovinist siyasətinin bütün məqsədi sıx yaşayan bölgələrdən azərbaycanlıların köç edilməsi, müxtəlif yollarla onlara təzyiqlər göstərilməsi və bir sözlə milli hərəkatı susdurmaq və bu hərəkatın hədəfini başqa yerə yönəltməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə