Prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqənin ikinci mərhələsindən keçən namizədlərin siyahısı açıqlanıb

Prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqənin ikinci mərhələsindən keçən namizədlərin siyahısı açıqlanıb

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqənin ikinci mərhələsinə yekun vurulub. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yazılı imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı Baş Prokurorluğun saytında (http://www.genprosecutor.gov.az/index.php?/az/news/view/274/) yerləşdirilib.

Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət əldə edən 136 namizəd Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində 15 avqust 2011-ci il tarixdən şəxsiyyət vəsiqəsini təqdim edərək tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcək. Müsahibə mərhələsi 2011-ci il avqust ayının 18-dən etibarən Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N. Rəfibəyli küçəsi, 7). Namizədlər həmin gündən başlayaraq növbəlilik qaydasında müsahibəyə dəvət ediləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə