Naməlum kiber cinayətkarlar dünyanın 72 təşkilat və şirkətlərinin saytlarına hücum ediblər. SİA-nın \"İnterfaks\" agentliyinə istinadən verdiyi məlumata görə, kompüter proqramlarının müdafiə texnologiyalarını istehsal edən McAfee Labs şirkəti bildirib ki, naməlum kiber cinayətkarlar Beynəlxalq Olimpiya Komitəsi (IOC), BMT, Hindistan hökumətinin saytları daxil olmaqla dünyanın 72 təşkilat və şirkətlərinin saytlarına hücum ediblər.
Ekspertlər bunu internet tarixində ən böyük haker hücumu hesab edirlər.
Şirkətin Avropa şöbəsinin müdiri Raj Samani bildirib ki, hücumlar davam edir. Onun sözlərinə görə, hərbi-sənaye, polad əritmə şirkətləri, kompüter təhlükəsizliyi üzrə ixtisaslaşan firmaların da saytları hücuma məruz qalıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB