Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanı təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanı 50 illiyi münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, Azərbaycan Prezidentinin rəsmi saytında yerləşdirilən təbrik məktubunda deyilir:
"Əlamətdar yubileyiniz –
anadan olmağınızın 50 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Amerika
Birləşmiş Ştatları arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri
bu gün hərtərəfli və dinamik inkişaf yolundadır. Enerji təhlükəsizliyinin təmin
edilməsi, qlobal təhdidlərə və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində fəal
qarşılıqlı işimiz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Biz Birləşmiş Ştatların həmçinin regionumuza diqqətini yüksək qiymətləndiririk.
Bu mənada torpaqlarımızın işğalına və soydaşlarımızın doğma yurd-yuvalarından
didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
tezliklə aradan qaldırılması üçün ölkənizin və şəxsən Sizin, cənab Prezident,
ardıcıl səyləriniz çox əhəmiyyətlidir. Ümidvaram ki, bu səylər ən yaxın
vaxtlarda öz bəhrəsini verəcək və münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq
normalarına uyğun olaraq ədalətli həlli ilə nəticələnəcək.
Belə bir əlamətdar gündə, cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti,
dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB