Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Kristofer Pinçeri qəbul edib

Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Kristofer Pinçeri qəbul edib
Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Milli Məclisin mətbuat xidmətindən SİA verilən məlumata görə, görüşdə parlamentlərarası əlaqələrin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regiondakı ictimai-siyasi vəziyyət müzakirə olunub.


Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Mühafizəkarlar Partiyasının Azərbaycanın dostları qrupunun sədr müavini Kristofer Pinçer bildirib ki, səfərdə məqsəd də Azərbaycanla Böyük Britaniya arasında mövcud olan siyasi və iqtisadi əlaqələri daha da inkişaf etdirmək, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərlə yaxından tanış olmaqdır.


Görüşdə Milli Məclisin Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Əsədullayev və digər rəsmi şəxslər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня