Aytac Əliyeva: \"YAP ətrafında 200 minə yaxın Azərbaycan gənci birləşir\"-MÜSAHİBƏ

Aytac Əliyeva: \"YAP ətrafında 200 minə yaxın Azərbaycan gənci birləşir\"-MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva, Qaradağ rayon Gənclər Birliyinin sədri Heyran İsaxlı, Qaradağ rayon Gənclər Birliyinin idarə heyətinin üzvü Ramiz Yusubovun SəsTV-yə müsahibəsi:


- Yeni Azərbaycan Partiyasının (YAP) həyata keçirdiyi "Yay məktəbliləri" kampaniyası nə vaxtdan başlayıb və onun müsbət nəticələri özünü nədə göstərir?


-Aytac Əliyeva: İlk olaraq onu qeyd edim ki, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi tərəfindən keçirilən "Yay məktəbi" layihəsinə 2007-ci ildə start verilib və yüksək nəticələr əldə olunub. Daha sonra biz yay məktəblərini qış məktəbləri ilə əvəz etmişik və bu qış məktəblərimiz də Quba Olimpiya Komitəsində keçirilib. İlk yay məktəblərimiz 2007-ci ildə respublikamızın ən gözəl guşələrində olan cənub zonasında həyata keçirilib. O zaman da bir çox gənclərimiz fikirlərini, öz istəklərini bölüşüblər. Onu da qeyd edim ki, mən həmin o yay məktəbinin iştirakçısı olmuşam. Hal hazırki yay məktəbi isə iyul ayının 4-dən start götürüb və ənənəvi olaraq hər həftə ardıcıl olaraq üç istiqamətdə Oğuz, Qəbələ və Lerik rayonunda həyata keçirilir. Bu ilki yay məktəbində biz 600-dən çox gənci birləşdirməyi nəzərdə tutmuşuq. Heç kimə sirr deyil ki YAP ətrafında 200 minə yaxın Azərbaycan gənci birləşir. Reallıqda qeyd edərdim ki, 200 min gəncin bir anda bir araya gəlməsi bir az çətin məsələdir. Biz də qərara aldıq ki, gəncləri hissə-hissə olaraq məhz bu yay məktəblərində birləşdirək və onların asudə vaxtlarının düzgün qiymətləndirilməsinə yardımçı olaq. Gənclər öz fikirlərini nəinki öz həmyaşıdları ilə, həm də ölkəmizin öndə gedən siyasi simaları ilə də bölüşməsinə şərait yaratmışıq.


- Sizin "Yay Məktəbləri" kampaniyasında olan görüşləriniz və təəssüratlarınız barədə eşitmək istərdik?

- Heyran İsaxlı: Mən özüm şəxsən bu il ikinci dəfədir ki, bu "Yay məktəbi" layihəsinin iştirakçısı oluram. Bildiyiniz kimi, bu layihə 2007-ci ildən start götürüb və bu gün də davam etdirilir. Təəssüratlarımız çox müsbət idi. Hər bir rayondan ən fəal, ən savadlı gənclərin bir yerə toplanması və yuxarı instansiyalarda durmuş, Azərbaycan siyasətində müəyyən mövqe tutmuş insanların onlarla görüşüb diskussiya aparmaları biz gənclər üçün böyük bir hadisə idi. "Yay məktəbləri"ndə biz müxtəlif mövzular ətrafında -Azərbaycanın dünəni, bu günü və sabahı, Heydər Əliyev ideyaları, internetdə sosial şəbəkələr və müxtəlif maraqlı mövzular ətrafında diskussiyalar, müzakirələr aparır və bu da biz gənclərin dünya görüşünün artırılmasına gətirib çıxarır. Həmçinin bu gün gənclərin qarşılaşdığı müəyyən problemlərin bir başa olaraq millət vəkilləri vasitəsilə yuxarı instansiyalara çatdırılmasında da çox böyük xidmətləri oldu.


- Bu kampaniyada gənclər millət vəkilləri, ziyalılar ilə ünsiyyət qurur söhbətlər aparır. Bilmək istərdik ki, gənclərlə daha çox hansı mövzular müzakirə olunur və gəncləri daha çox hansı suallar maraqlandırır?


- Ramiz Yusubov: Beynəlxalq əlaqələrdə Dağlıq Qarabağ məsələsi və biz gənclərin təhsili başa vurduqdan sonra işlə təmin olunması, ailə qurduqda qarşıya çıxan çətinliklərin aradan qaldırılması ilə bağlı bir sıra suallar gəncələri daha çox maraqlandırır.


- Bu kampaniyanın uğurlu nəticəsi Müxalifət Partiyalarını və onların mətbuat orqanlarını ciddi narahat edir. Bu narahatlığın səbəbi nədir?


Aytac Əliyeva: İlk olaraq onu vurğulamaq istəyirəm ki, müxalif düşərgəsində onların bu günkü və dünənki anlayışları və hətta deyərdim ki , gələcəkdə sahib olacaqları anlayışları ondan ibarətdir ki, xaricdən donor, pul alsınlar, xaricin diqtəsi ilə müəyyən zərərli fikirləri gənclərə aşılasınlar. Onlar görəndə ki, Azərbaycan gəncliyi ümummilli liderin qurmuş olduğu partiya -Yeni Azərbaycan Partiyası ətrafında toplaşır və onlarında bütün bunlara qısqanclıq etmələri mən deyərdim ki, normal haldır. O ki qaldı onların mətbuat orqanlarında çıxan yazılarına, onlar ölkədə baş verən dəyişikliyi, inkişafı, abadlıq işlərini, infrastruktur işləri real əməlləri kənara qoyub, şər və böhtan yazarır və hansısa bir zibilli küçəni göstərib bunu təbliğ edərlər. Əgər bu gün müxalifət bunu edirsə və bizə qarşı bu cür mövqedədirsə bu təəccüblü bir hal deyil. Onların necə bir xislətə sahib olduqlarını biz bilirik və görürük. Onlar görəndə ki, gənclər ordusu YAP-nın yanındadır və bu cür uğurlu layihələr həyata keçirərək 200 min gənci bir çağırışla ətrafına toplayırsa, əlbəttə bu onlarda qısqanclıq yaradır. Buna görə də onlar reallıqdan çıxıb şərə, böhtana, yalana əl atırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə