Sergey Lavrov 13 yaşlı Aygün Şahmalıyevanın öldürülməsinə münasibət bildirib

Məhkəmə 13 yaşlı qızın ölümünü terror yoxsa qətl olması ilə bağlı qərar verməlidir. SİA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfarnsında deyib: "Məndə olan məlumata görə, Azərbaycan hakimiyyəti \"Qətl\" maddəsi üzrə cinayət işi qaldırıb, Lakin hadisənin terror və ya cinayət işi olması faktının təsdiqlənməsi üçün məhkəminin yekun qərarını gözləmək lazımdır. Biz hadisələrin gedişatı ilə yaxından iştirak etməkdə maraqlıyıq. Məlumatlara görə, söhbət Peterburq sakinlərindən - qızdan və onun anasından gedir və bizim səlahiyyətli orqanlar Azərbaycan hakimiyyəti ilə müvafiq qarşılıqlı fəaliyyətə ümid edəcəklər".

Rusiya xarici siyasət idarəsinin rəhbəri tərəflərə gələcəkdə belə halların olmaması üçün tərəfləri əlavə tədbirlər görməyə çağırıb: "Biz Ermənistan və Azərbaycan təmas xəttində baş verən bütün zorakı halları pisləyirik. Hər bir baş verən hadisə dəqiq araşdırılmaldır"

Qeyd edək ki, Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb. Partlayıcı qurğu quraşdırılmış \"itəbənzər\" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb.

Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə