Elxan Poluxov: “Ermənistan uşaq qanı tökəmkdə davam edir”

"Ermənistan dünya ictimaiyyəti qarşısında öz meyillərini yenə də nümayiş etdirərək, günahsız insanların, xüsusilədə uşaqların qanını tökməkdə davam edir. Bu sözləri SİA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib: "Parlayıcı qurğunun mənbəyini Ermənistan ərazisində götürən və Əlibəyli kəndindən keçən Tovuz çayında tapılması onu göstərir ki, bu qurğu Ermənistan tərəfindən məhz məqsədyönlü şəkildə və xüsusi təyinatla hazırlanıb. Həmçinin, partlayıcı qurğunun oyuncaq formasında olması əvvəlcədən hədəfin uşaqlar olmasının və erməni tərəfinin əsl niyyətinin göstəricisidir".

Onun sözlərinə görə, Azərbaycan dünya ictimaiyyətini minlərlə məsum azərbaycanlı uşaqları qətlə yetirmiş və əlil qoymuş Ermənistanın bu gün də həmin əməllərinin davam etməsini pisləməyə çağırır.

Qeyd edək ki, Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış \"itəbənzər\" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə