Kamran Əliyev: “Bu il korrupsiya ilə bağlı şikayətlər daha çox daxili işlər orqanlarından olub”
Bu ilin birinci yarısında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin \"qaynar xətt\"inə şikayətlər daha çox daxili işlər orqanlarından olub. SİA-nın xəbərinə görə, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu ilin 6 ayı ərzində görülən işlərə dair keçirilən hesabat toplantısında idarə rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, \"qaynar xətt\"ə 2011-ci ilin 6 ayı ərzində daxil olan şikayətlərin 210-u daxili işlər orqanları, o cümlədən dövlət yol polisi, 198-i yerli icra hakimiyyəti orqanları, 128 - bələdiyyələr, 112 - səhiyyə sahəsi, 99 - təhsil sahəsi, 53 - elektrik enerjisi, 51 - torpaq və xəritəçəkmə sahəsi, 48 - gömrük orqanları, 44 - əmlak məsələləri, 38-i özəl sektorla bağlı olub: " Məhkəməyə göndərilən 56 cinayət işindən 5-i elektrik enerjisinin istifadəsi, 3-ü təhsil, 4 - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 2 - Kənd Təsərrüfatı Nazirliyi, 1 - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 11 - banklar, 2 - rabitə, 8-i bələdiyyələrlə, 5-i özəl qurumlarla bağlı olub".
Bu ilin birinci yarısında Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 336 müraciətə baxdığını deyən K. Əliyev bildirib ki, ilin birinci yarısında idarəyə daxil olmuş cinayət xarakterli 150 müraciət və digər məlumatlardan 87-si (55,4 faiz) üzrə cinayət işi başlanıb. Həmin müraciətlərə baxılması zamanı sosial ədalətin, vətəndaşların pozulmuş hüquqlarının bərpası, insan və vətəndaş hüquq və azadlıqlarınınn müdafiə olunması istiqamətində addımlar atılıb.
O qeyd edib ki, idarədəki qaynar xəttə fəaliyyəti dövründə 2076 müraciət daxil olub. Korrupsiya ilə əlaqədar olmayan 5 mindən artıq müraciət müəllifinə pozulmuş hüquqlarının bərpasına dair ətraflı izahatlar verilib. Qaynar xəttə daxil olan 8 müraciət əsasında Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həmin işlərdən 4-ü üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 4-nün istintaqı isə davam etdirilir. Qaynar xəttə daxil olan müraciətlər əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsinin bir sıra işçiləri intizam qaydasında cəzalandırılıb.
O, vurğulayıb ki, idarənin istintaq şöbəsində bu ilin birinci yarısında 159 cinayət işinin ibtidai araşdırması həyata keçirilib. Bu cinayət işləri rüşvət alma, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən sui-istifadə etməklə özgə əmlakını talama faktları ilə əlaqədar olub. Bu müddətdə 98 şəxs barəsində 56 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Hesabat dövründə 2 cinayət işi üzrə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması hallarına yol vermiş 4 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və cinayət işləri tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB