Rusiya ABŞ-la Qarabağı müzakirə edəcək

Rusiya ABŞ-la Qarabağı müzakirə edəcək

Bu gün Rusiya xarici işlər naziri Serqey Lavrov ABŞ-a səfər edəcək. SİA-nın məlumatına görə, üç gün davam edəcək səfər çərçivəsində Lavrovun amerikalı həmkarı Hillari Klintonla qlobal və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək

Eyni zamanda Lavrovun Klintonla müzakirə edəcəyi mövzular arasında Dağlıq Qarabağ münaqişəsi də var. Lavrov Klintona prezident Medevdyevin son təşəbbüslərinin mahiyyətini açıqlayacaq, həmçinin Azərbaycan və Ermənistan liderlərinə ünvanlanmış məktubunun məzmunu barədə Amerika tərəfini məlumatlandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə