Prezident İlham Əliyev Böyük Britaniya səfirini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniya səfirini qəbul edib
Prezident İlham Əliyev iyulun 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri, xanım Karolin Braunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı xanım Braunun səfir kimi fəaliyyəti dövründə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Ölkələr arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə britaniyalı diplomata təşəkkürünü bildirən prezident İ. Əliyev gələcək fəaliyyətində ona uğurlar arzulayıb.


Öz növbəsində, xanım Braun Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu bildirib. O, ölkələr arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com