İsa Həbibbəyli: “Qurultay Azərbaycan diasporlarının ölkə ilə əlaqələrinin möhkəmlənməsində yeni mərhələnin başlanğıcını qoyur” - MÖVQE

İsa Həbibbəyli: “Qurultay Azərbaycan diasporlarının ölkə ilə əlaqələrinin möhkəmlənməsində yeni mərhələnin başlanğıcını qoyur” - MÖVQE

"Dünya azərbaycanlılarının III qurultayı Azərbaycan diaspor təşkilatlarının həyatında və onların ölkə ilə əlaqələrinin möhkəmlənməsində yeni mərhələnin başlanğıcını qoyur". Bu barədə SƏS TV-yə Naxçıvan Dövlət Universitetinin rektoru, millət vəkili İsa Həbibbəyli açıqlamasında bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin geniş əhatəli və dərin məzmunlu məruzəsi Azərbaycanda diaspor hərəkatının inkişafının yeni istiqamətlərini müəyyən edib: "Diaspor ilə vətən, cəmiyyət və dövlət münasibətləri yeni aspektdən günün reallıqlarına və zamanın düşüncələrinə uyğun şəkildə işıqlandırılıb. Hesab edirəm ki, bu qurultay Azərbaycanın xarici ölkələrdə olan mövqelərinin möhkəmlənməsinə diaspor vasitəsi ilə siyasətimizin və reallıqların təbliğinə öz töhfəsini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə