Qafar Əliyev: “Qurultay Azərbaycan diasporunun güclənməsində çox mühüm siyasi-ideoloji əhəmiyyətə malikdir” - MÖVQE
\"Dünya azərbaycanlılarının III qurultayının keçirilməsi digər ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasında, milli birliyin yaranmasında ən mühüm tədbirdir\". Bu barədə SƏS TV-yə bugünkü qurultayla bağlı fikirlərini bölüşən Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev danışıb.
Onun sözlərinə görə, 5 ildən bir keçirilən qurultay sayca III qurultaydır: "Qısa müddət ərzində Azərbaycan diasporunun güclənməsində, dünya miqyasında güclü bir diaspor təşkilatına çevrilməsində və dünya azərbaycanlılarının həmrəyliyinin yaranmasında çox mühüm siyasi ideoloji əhəmiyyətə malik olan bu qurultay ictimai- siyasi kampaniyadır".
Qurultayın əhəmiyyətindən danışan Q.Əliyev: "Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar öz vətənlərinə qayıtdılar. Azərbaycan günü gündən dəyişib inkişaf edir. Qonaqlar 5 il müddətində Azərbaycanda baş verən iqtisadi- siyasi, mənəvi dəyişiklikləri öz gözləri ilə gördülər. Bu onların dünyagörüşünün formalaşmasında və qayıtdıqları ölkədə daha güclü vətənpərvər insanlar kimi təbliğat aparmaqlarında mühüm rol oynayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB